"Fövqəladə hadisələrdən heç kim sığortalanmayıb” - PUTİN

"Fövqəladə hadisələrdən heç kim sığortalanmayıb” - PUTİN

“Koronavirus epidemiyasının ilk mərhələsində Rusiyada yaranan durum insanların sağlamlığını təhdid edən vəziyyətlərə reaksiya vermək üçün yanaşmanı dəyişməyin lazım olduğunu göstərdi”.

Cebhe.info-nun məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin yüngül sənaye məsələlərinə həsr olunmuş müşavirədə belə deyib.

Putin vurğulayıb ki, söhbət həm də fərdi mühafizə vasitələrinin istehsalından gedir. Prezident əlavə edib ki, bütün dünyada fövqəladə hadisələrdən heç kim sığortalanmayıb.

“Ancaq Rusiyanın istehsal kompleksi, maddi-texniki bazası və səhiyyə sistemi hadisələrin hər hansı inkişafına tam hazır olmalıdır”, -deyən dövlət başçısı hər kəsi fəal olmağa çağırıb. İstənilən fövqəladə vəziyyətdə zəruri olan etmək üçün dövlətin maddi ehtiyatının işini dəyişdirmək lazımdır. O, iclasda dövlətin maddi ehtiyatının işinin dəyişdirilməsi, istehsal gücünün və təhlükəsizlik ehtiyatı üçün zəruri təklifləri müzakirə edib.

Müşfiq Abdulla
Cebhe.info

Mənbə: cebhe.info