Ermənistanın sabiq XİN rəhbəri aprel döyüşlərinə görə məyusdur

Ermənistanın sabiq XİN rəhbəri aprel döyüşlərinə görə məyusdur

Ermənistan parlamentinin Aprel döyüşlərini araşdıran istintaq komissiyasının “Mənim addımım” fraksiyasından olan üzvləri Ermənistanın keçmiş Xarici İşlər naziri Edvard Nalbandyanla video əlaqə şəklində görüşə yaxşı hazırlaşmış olublar. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr yazır ki, öz səlahiyyətlərini başa vuran komissiya Ermənistan Baş nazirinin müşaviri, Aprel döyüşləri günlərində kəşfiyyatın cavabdehi Arşak Karapetyanın ikinci dəfə “çağrılmasından” sonra öz fəlsəfəsini dəyişib.
“Arşak Karapetyan bu dəfə iddia etdi ki, o, gözlənilən hərbi təhlükə barədə vaxtında məruzə edib, lakin komandanlıq tədbirlər görülməsində gecikib”, - deyə istintaq komissiyasının üzvü bildirib.
Komissiyanın üzvü bildirib ki, Edvard Nalbandyana yalnız Aprel döyüşlərindən sonra yaranmış status-kvo haqqında sual veriblər.
Adı çəkilməyən komissiya üzvünün sözlərinə görə, “Nə düşünürsünüz, Ermənistan əlverişsiz mövqelərdə idi?” sualına Nalbandyan kəskin şəkildə etiraz edib ki, yox, onlar əlverişli mövqelərdə olublar.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az