Rusiya Ermənistanda silah zavodu açır

Rusiya Ermənistanda silah zavodu açır

İyul ayının ilk ongünlüyündə Ermənistanda “Kalaşnikov” avtomat silahlarının istehsalı şirkəti açılacaq.

Cebhe.info-nun məlumatına görə, bu barədə müəssisənin rəhbər heyətinin nümayəndəsi İqor Qardiyenko açıqlama verib. Müəssisə “Neytron Qam” ASC və Rusiyanın “Kalaşnikov” konserni arasında əməkdaşlıq müqaviləsi əsasında açılır. Sənədə 2020-ci il mayın 15-də 10 il müddətinə açılıb. Əldə edilmiş bütün razılaşmalara uyğun olaraq, saziş hər il yenilənməlidir.

Rusiya Federasiyası Prezidentinin 2019-cu ilin avqust ayında fərman imzalamasından sonra Federal Hərbi Texniki Xidmət şirkətlər arasında on il müddətinə müqavilənin bağlanmasına icazə verib. Bütün bunlar "Neytron Gam" şirkətinin sahibi David Qalstyan tərəfindən həyata keçirildiyi halda, mediada yayılan məlumatlarda onun "Rusiya Federasiyasında böyük problemlər yaşadığını və persona non grata elan edildiyini" bildirilir. İlkin mərhələdə müəssisədə “AK103” tipli avtomat silahların yığılmasına başlanacaq. “AK103” silahının ehtiyat hissələri əvvəlcə Rusiyadan idxal ediləcək və bütün texniki-quraşdırma işi Ermənistanda həyata keçiriləcək.

“İkinci mərhələdə yenə də Rusiya texnologiyalarından istifadə etməklə yerlərdə yığım üçün lazım olan sadə hissələrin istehsalına başlayacağıq” – Qardiyenko belə deyib.

O, həmçinin qeyd edib ki, bütün mərhələlərin müvafiq təsdiqlənməsi və sənədləri var. Şirkət daim texniki və digər şərtləri təmin etməlidir. Müəssisənin gücü on minlərlə avtomat silah istehsal etməyə imkan verir.

Müşfiq Abdulla
Cebhe.info

Mənbə: cebhe.info