“Hraparak”: Niyə ruslar Qarabağa görə özlərini pis hiss edirlər?

“Hraparak”: Niyə ruslar Qarabağa görə özlərini pis hiss edirlər?

İşğal altında olan Qarabağdakı qondarma qurumun yeni “rəhbəri”nin Şuşadakı saxta “andiçmə mərasimi” Azərbaycanda olduğu kimi Rusiya mediasında, rusiyalı ekspertlər arasında da simvolik qarşılanıb. Rusiyalı şərhçilərin Paşinyanın mərasimdə iştirakını vurğulaması və bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıqlama ilə birbaşa əlaqələndirməsi xüsusilə diqqət çəkir.Bu yanaşma, Paşinyanın “barmağını qondarma qurumun yeni rəhbərliyinə tuşlamağa” çalışaraq Rusiyanın Xankəndi ilə razılaşmalar haqqında danışmağın lazım olduğunu qeyd etməsidir.
“Hraparak” nəşri yazır ki, Rusiyanın niyə özünü bu qədər pis hiss etdiyi sual olaraq qalır.
“Əlbəttə ki, “Regnum” agentliyinin redaktoru Kolerov və ya tarixçi Kuznetsov, yaxud hərbi ekspert Trofimçukun Rusiya Xarici İşlər Nazirliyinin birbaşa göstərişləri ilə hərəkət etdiyini söyləmək çox çətindir. Hər halda informasiya mühiti cilovlayıcı olmasına baxmayaraq, yeni vəziyyətə qarşı dözümsüzdür.
O qədər çox şey var ki, Moskvada “Qarabağı əbədi Rusiyanın tərkib hissəsi edən” Gülüstan müqaviləsi xatırladılır. Rus şərhçilərindən biri, Harutyunyanın iqamətgahını Şuşa şəhərinə köçürülməsinə dair açıqlamasını “sərhəd” kimi dəyərləndirib. Bu sözün nə demək olduğunu təxmin etmək çətin deyil. Yalnız vəziyyətin Rusiya Xarici İşlər Nazirliyi tərəfindən də eyni şəkildə qiymətləndirilib-qiymətləndirilmədiyini təxmin edib tapmaq qalır”, - deyə nəşr yazıb.
Alpər Mövludoğlu
Ordu.az 

 

Mənbə: ordu.az