ABŞ 12 ildə ilk dəfə Belarusa səfir göndərəcək

ABŞ 12 ildə ilk dəfə Belarusa səfir göndərəcək

Bu ilin yayında 2008-ci ildən bəri ilk dəfə Amerika Minskə səfir göndərəcək.

Qaynarinfo xəbər verir ki, 12 ildir hər iki ölkədəki səfirlərin vəzifələrini müvəqqəti müvəkkillər icra edib. Bu haqda həmin vəzifəni tutan ABŞ nümayəndəsi Cennifer Mur xatırladıb.

May ayının əvvəlində ABŞ prezidenti Donald Tramp rəsmi olaraq dövlət katibinin müavini Julie Fişeri namizəd göstərib.

Cennifer Murun sözlərinə görə, Belarus və ABŞ arasında münasibətlər yaxşılaşmaqda davam etsə də, Minsk hələ də Vaşinqtona öz diplomatını təklif etməyib.

Xatırladaq ki, ABŞ və Belarus 2008-ci ildəki diplomatik qalmaqaldan sonra səfirləri geri çağırıb və diplomatlarının sayını minimuma endirib.

Alpər

Mənbə: qaynarinfo.az