Liviya ordusu: Haftar qüvvələri itki verərək Tripolidən geri çəkilir

Liviya ordusu: Haftar qüvvələri itki verərək Tripolidən geri çəkilir

Liviya paytaxtı Tripolinin cənubunda BMT tərəfindən tanınmış Milli Həmrəylik Hökumətinin Xəlifə Haftar qüvvələrinə qarşı əməliyyatları davam edir.

Avropa.info xəbər verir ki, MHH-nin “Qəzəb vulkanı” qərargahında verilən məlumata görə, ölkənin şərqində qərarlaşmış qeyri-qanuni hərbi birləşmələr canlı qüvvə və texnikada itki verərək, geri çəkilir. Muzdlular döyüş bölgəsindən qaçır, onlarla nəqliyyat vasitəsi məhv edilib.

Hazırda Tripoli Beynəlxalq Aeroportunun Haftar qüvvələrindən təmizlənməsi istiqamətində ağır döyüşlər gedir.

Mənbə: avropa.info