Ərəb ölkələri arasında ən çox hansı ölkədə koronavirus yayılıb

Ərəb ölkələri arasında ən çox hansı ölkədə koronavirus yayılıb

Ərəb ölkələri arasında ən çox koronavirusa (COVİD-19) yoluxan və ölən əlkələrin adları açıqlanıb.

“Ölkə.Az” xəbər verir ki, ərəb ölkələri arasında ən çox koronavirusa (COVİD-19) yoluxan ölkələr Səudiyyə Ərəbistanı və Qətərdir.
Səudiyyə Ərəbistanında 91 182 nəfər COVİD-19-a yoluxub. Qətərdə isə 62160 nəfər virusa yoluxub və onlardan 45-i ölüb. Birləşmiş Ərəb Əmirliyində 35 788 nəfər virusa yoluxub və bu ölkədə 269 nəfər ölüb. Küveytdə virusa yoluxan 29359 nəfərdən 230 nəfəri ölüb, Misirdə isə virusa yoluxan 7536 nəfərdən 1052 nəfər ölüb. İraqda COVİD-19-a yoluxan 7387 nəfərdən 235-i, Livanda 1256 xəstənin 27-i, Suriyada isə 123 COVİD-19-a yoluxan xəstədən 6-ı ölüb.

Mürtəza
Ölkə.Az

Mənbə: olke.az