Abşeronun Saray qəsəbəsində modul tipli hospitalın tikintisi başa çatır

Abşeronun Saray qəsəbəsində modul tipli hospitalın tikintisi başa çatır

Saray, 3 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Vətəndaşların sağlamlığının təhlükəsizliyi, COVID-19 infeksiyasının yayılması qarşısını almaq üçün ölkəmizdə qabaqlayıcı tədbirlərin görülməsi davam edir. Prezident İlham Əliyevin aprelin 7-də imzaladığı Sərəncamla koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması üçün Maliyyə Nazirliyinə 14,8 milyon ayrılıb.

AZƏRTAC xəbər verir ki, Abşeron rayon Saray qəsəbəsində inşa edilən modul tipli xəstəxanada son tamamlama işləri aparılır. Bu hospitalın tikintisinə Türkiyədən mütəxəssislər cəlb olunub. Tibb müəssisəsi 200 çarpayılıq olacaq və zəruri tibbi avadanlıqla təchiz olacaq. Hazırda xəstəxananın yerləşdiyi ərazidə abadlıq-quruculuq işləri aparılır. Yeni yaşıllıq zolağı salınır.

Mənbə: azertag.az