ABŞ hərbi bazalarındakı koreyalı işçiləri müvəqqəti olaraq maliyyələşdirəcək

ABŞ hərbi bazalarındakı koreyalı işçiləri müvəqqəti olaraq maliyyələşdirəcək

ABŞ bu il Koreya yarımadasındakı hərbi bazalarında minlərlə koreyalı işçini müvəqqəti maliyyələşdirmək üçün Cənubi Koreyanın təklifini qəbul edib. Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, razılaşmaya görə, ABŞ bu ilin sonunadək 4000 koreyalı işçini maliyyələşdirmək üçün 200 milyon dollardan çox pul ödəyəcək.

Xatırladaq ki, ABŞ 1950-53 Koreya müharibəsindən sonra Cənubi Koreya ərazisindəki hərbi bazalarda təxminən 28.500 hərbi qulluqçu yerləşdirib. Hərbi bazalarının saxlanılması xərclərinin bölüşdürülməsi iki dövlət arasında 2 ildir mübahisə mövzusudur.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az