Xamneyidən qalmaqallı çıxış: “İranda dəyişikliyə ehtiyac var”

Xamneyidən qalmaqallı çıxış: “İranda dəyişikliyə ehtiyac var”

“Hər cəmiyyətdə dəyişikliyə ehtiyac var. İranda da bu gün bir çox sahədə dəyişiklik lazımdır”.

Cebhe.info xəbər verir ki, bu fikirləri İranın ali dini lideri Seyid Əli Xamneyi deyib. Xamneyi müzakirə predmetinə çevrilən çıxışı maraqla qarşılanıb. Onun İran İslam İnqilabının lideri Ruhullah Xomeyninin vəfatının ildönümündəki çıxışı televiziyalarla canlı yayınlanıb. İranın elmi araşdırmalar və siyasət kimi bir çox sahədə inkişafa nail olduğunu deyən dini lider müdafiə sahəsində də nəticənin qənaətbəxş olduğunu deyib. Ancaq “Biz bununla kifayətlənməməliyik. Bir çox sahədə dəyişiklik vacibdir",-deyib.

Bildirib ki, gənclər, ziyalılar dəyişikliklərlə bağlı öz fikirlərini deməkdən çəkinməməlidirlər: "Hər canlı toplum dəyişikliyə ehtiyac duyur. Biz də bir çox sahədə buna ehtiyac duyuruq. Dəyişiklik tələbi etiraz anlamına gəlməz. Daha yaxşıya nail olmaq üçündür. Əlbəttə, bəzi məsələlərdə mövcud olana etiraz da hesab etmək olar. Amma daim belə deyil".

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info