Karantin qaydaları yenidən sərtləşdirilə bilər - RƏSMİ

Karantin qaydaları yenidən sərtləşdirilə bilər -  RƏSMİ

Son günlər koronavirusa yoluxma dərəcəsinin artması müşahidə edilir. Yoluxma sayı ilə sağalma arasında fərq artır. Bu koronavirusla mübarizədə yeni bir situasiya yaradıb. Əsas səbəb vətəndaşların karantin rejiminin tələblərinə əməl etməmələridir. Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

O bildirib ki, yoluxma sayının artması yenidən karantin rejiminin yuumşaldılması prosesinin dayandırılması, məhdudlaşdırma qaydalarının qoyulması məsələsi aktuallaşdıb.

“Müxtəlif varinatlar müzakirə olunub. TƏBİB, ekspertlər, infeksionistlər Operativ Qərargaha müraciət edib”.

İ.Məmmədov qeyd edib ki, bu baxımdan Azərbaycanda karantin rejimi yenidən sərtləşdiriləcək.
Onun sözlərinə görə, cümə günü axşamdan bazar ertəsi səhərədək tam qapadılma, hərəkətinin məhdudlaşdırılması, ictimai nəqiyyatın, fərdi nəqliyyatın məhdudlaşdırılması, küçəyə çıxmanın qadağan olunması, mağazaların bağlanması həyata keçiriləcək.
“Bununla bağlı sabah Baş nazir Əli Əsədovun qərarı olacaq”.
Azvision.az

Mənbə: azvision.az