Esper: “İrimiqyaslı etiraz aksiyalarında hərbi qüvvələrdən istifadəni dəstəkləmirəm”

Esper: “İrimiqyaslı etiraz aksiyalarında hərbi qüvvələrdən istifadəni dəstəkləmirəm”

“İrimiqyaslı etiraz aksiyalarında hazırlıq vəziyyətinə gətirilmiş hərbi qüvvələrdən istifadəni dəstəkləmirəm”.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Müdafiə naziri Mark Esper Pentaqonda keçirdiyi brifinqdə deyib.

O, hərbi qüvvələrdən yalnız son vasitə olaraq istifadə edilməsinin lazım olduğunu qeyd edib: “Hərbi qüvvələrdən ən təcili və dəhşətli vəziyyətlərdə istifadə edilməlidir. Hazırda biz bu vəziyyətlərdən birində deyilik. Mən Qiyam Aktı ilə bağlı çağırışın tərəfdarı deyiləm”, - deyə M. Esper vurğulayıb.

Qeyd edək ki, ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümünə qarşı keçirilən kütləvi etiraz aksiyalarında ən azı 11 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Etiraz aksiyaları ilə əlaqədar Vaşinqton ətrafına 1600-ə qədər hərbçi yerləşdirilib.

Mənbə: apa.az