Operativ Qərargah növbədənkənar brifinq keçirir Azərbaycanda koronavİrus və karantİn rejİmİ İlə bağlı son vəzİyyət

Operativ Qərargah növbədənkənar brifinq keçirir Azərbaycanda koronavİrus və karantİn rejİmİ İlə bağlı son vəzİyyət

Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

Vırtualaz.org xəbər verir ki, bu dəfəki mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov iştirak edir. Tədbirdə pandemiya ilə bağlı ölkədəki son vəziyyət haqda məlumat verilib, jurnalistlərin sualları cavablandırılıb.

İ. Məmədov məlumat verib ki, növbədən kənar brifinqdi, çünki yoluxmanın dərəcəsi artıb. Əsas səbəb də vətəndaşların karantin rejimi qaydalarına əməl etməməkləridir. Bir çox yerlərdə, qapalı yerlərdə, ictimai nəqliyyatda qorunma qaydalarına riayyət edilmir.

Bu, yeni situasiya yaradıb...

Məmmədov deyib ki, yoluxma və sağalma arasında fərq getdikcə artmaqdadır. Bu isə yeni situsiya yaradıb: "Əsas fərq vətəndaşların karantin rejiminin tələblərinə əməl etməməsidir. Ticarət mərkəzlərində, metroda insanlar karantin rejiminin qaydalarına əməl etmirlər. Buna görə də yenidən karantin rejiminin yumşaldılması prosesinin dayandırılması, o cümlədən yenidən məhdudlaşdırma qaydalarının qoyulması ilə bağlı məsələ aktuallaşır".

Sərtləşdirmə olacaq...

Məmmədov deyib ki, cümə günü axşamdan bazar ertəsi səhərə qədər hərəkətin tam məhdudllaşdırılması, ictimai, fərdi nəqliyyatın küçəyə çıxmasının qadağan olunması, mağazaların bağlanması, iş rejimlərinin məhdudlaşdırılması nəzərdə tutulur. Ancaq bu məsələnin detalları ilə bağlı Baş Nazirin müraciəti, çıxışı olacaq, bu məsələlər detallı elan ediləcək. Bundan sonra Operativ Qərargah məhdudlaşdırmanın təfərrüatı ilə bağlı məlumat verəcək.

R. Bayramlı bildirib ki, bu gün 325 nəfər yoluxub, 5 nəfər ölüb. Bu gen 5626 test aparılıb. İndiyədək 76 nəfər ölüb, 6260 nəfər yoluxub, 3665-i isə sağalıb. Hazırda 2519 nəfər müalicə alır.

Ülviyyə Xudiyeva

Virtualaz.org

Mənbə: virtualaz.org