TƏBİB sədri həyəcan təbili çalır: “Normal həyata dönə bilmirik”

TƏBİB sədri həyəcan təbili çalır: “Normal həyata dönə bilmirik”

“Təəssüflər olsun ki, pandemiyadan ikinci mərhələyə keçdikcə, virusdan əvvəl yaşadığımız normal həyata dönə bilmirik. Çünki bu virusun vaksini yoxdur”.

paralel.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr bildirib ki, karantin rejimindən mərhələli çıxmalıyıq:

“Bunun üçün qaydalar hazırlanıb, müəssisələrə təqdim olunub. Vətəndaşlar qaydalara riayət etmirlər. Nəticədə bu gün yoluxmada ciddi artan say qarşısındayıq”.

İlhamə Əbülfət

Mənbə: paralel.az