Koronavirusa yalnız belə qaıib gələ bilərik - Bayramlı

Koronavirusa yalnız belə qaıib gələ bilərik - Bayramlı

Xarici ölkələrdə xəstələrin vəziyyəti ağırlaşdıqda, nəticələri təqib olunur. Lakin bizdə test nəticəsi pozitiv olduğu halda, dərhal müvafiq müalicəyə başlanılır.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Məhz bunun nəticəsidir ki, bizim itirdiyimiz vətəndaşlarımızın sayı azdır. Biz insanların xidmətində dayanmaq üçün varıq. Lakin heç bir dünya ölkəsində səhiyyə sistemi buna davam gətirə bilməz".

O qeyd edib ki, aylardır həkimlərə xüsusi təlimlər keçirilməyə davam edir: "Biz bu sayı məhdudlaşdırmaq üçün yenidən "Biz birlikdə güclüyük" çağırışı altında vətəndaşlarımızı həmrəyliyə dəvət edirik. Biz bir araya gəlib, ölkəmizin milli təhlükəsizliyi baxımından məsələyə ciddiyyət verdikdə buna qalib gələ bilərik".

Mənbə: axar.az