Kifayət qədər maska ehtiyatımız var - RƏSMİ

Kifayət qədər maska ehtiyatımız var - RƏSMİ

"Həftə sonları tətbiq ediləcək qadağalardan sonra bazar ertəsindən etibarən normal həyata qayıtdıqda biz bütün qaydalara riayət etməliyik".

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, məhz bu halda istənilən müsbət nəticəni əldə edə biləcəyik:

"Maska ilə bağlı kifayət qədər ehtiyatlarımız var. Hətta vətəndaşlarımız təlimatlara uyğun olaraq, evdə də maska hazırlaya bilər".

Mənbə: modern.az