Xankəndidə keçmiş təcridxananın zirzəmisindən adam skeletləri tapıldı...-Bəlkə bizim əsirlərinkidir?..

Xankəndidə keçmiş təcridxananın zirzəmisindən adam skeletləri tapıldı...-Bəlkə bizim əsirlərinkidir?..

"30 ilə yaxındır, hüquqi-tarixi torpaqlarımızın 20 faizində nələr baş verdiyini düzgün bilirik ki, bunu da bilək..."

Xankəndidə sovet dövründən bəri fəaliyyət göstərmiş keçmiş milis təcridxanasının zirzəmisindən insan qalıqları tapılıb.

Moderator.az xəbər verir ki, bu haqda həmin şəhərimizdə sülənən erməni blogerlərdən biri Rusiya nəşrlərindən birində yazıb.

Blogerin sözlərinə görə, bu yaxınlarda Qarqar çayında bir kişi meyiti tapılıb.Və bundan sonra keçmiş istintaq təcridxanasının zirzəmisind də insan skeletləri tapılması barədə şayiələr yayılıb. Həmin təcridxananın binası hazırda təmir olunur və təmir bitdikdən sonra orada qondarma separatçı rejimin qanunsuz “apellyasiya məhkəməsi” yerləşəcək. Bəhs edilən insan qalıqlarının məhz sözügedən binanın təmiri zamanı tapıldığı iddia edilir.

Erməni bloger yazır ki, bu sümüklərin sovet dövründən, yoxsa 1990-cı illərdən bəri qaldığı və kimlərə aid olduğu məlum deyil...

P.S. Bəlkə 1991-ci ildən, Xankəndinin işğalından bu yana bəhs edilən təcridxanada saxlanmış azərbaycanlı əsirlərə məxsusdur həmin qalıqlar... Amma həmin vaxt ermənilər kimdən qorxub zirzəmidə gizlədə bilərdilər ki, bizim əsirlərin cəsədlərini? Uzaqbaşı, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətindən bir az ehtiyat edə bilərdilər...

P.P.S. 30 ilə yaxındır, hüquqi-tarixi torpaqlarımızın 20 faizində nələr baş verdiyini düzgün bilirik ki, bunu da bilək...

Sultan Laçın

Mənbə: moderator.az