Ermənistanın Fakttoplama qrupu: Koronavirusun qarşısının alınması ilə bağlı addımlar qeyri-effektiv və gecikmiş olub

Ermənistanın Fakttoplama qrupu: Koronavirusun qarşısının alınması ilə bağlı addımlar qeyri-effektiv və gecikmiş olub

Ermənistanda yeni növ koronavirusun ilk yoluxma halının təsdiq olunması günündən - 2020-ci il fevralın 28-dən bəri 58 668 test edilib, bunlardan 16,1 faizi - 9492-si müsbət nəticəli olub. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın COVID-19 Fakttoplama qrupunun bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, mart ayından bəri koronavirusun yayılmasının qarşısının alınması istiqamətində Ermənistan hökuməti tərəfindən atılmış addımlar qeyri-effektiv və gecikmiş olub, eləcə də koronavirusun yayılmasını əngəlləyən xarakterə malik olmayıb.

““COVID-19 Ermənistan” Fakttoplama qrupu növbəti dəfə bildirir ki, hakimiyyət tərəfindən məsuliyyətsiz, manipulyativ fəaliyyətlər nəticəsində ağır nəticələr, ictimai səhiyyə böhranı yaranıb və yaranmağa davam edir, bunun bütün məsuliyyətini Nikol Paşinyanın başçılığı altında Ermənistan hökuməti daşıyır”, - deyə bəyanatda bildirilir.

Alpər Mövludoğlu
Ordu.az
 

 

Mənbə: ordu.az