Erməni deputatdan ölkəsi ilə bağlı etiraflar

Erməni deputatdan ölkəsi ilə bağlı etiraflar

Mülki aviasiya Ermənistanda iflasa uğramış sahədir. Azvision.az xəbər verir ki, bu barədə “Parlaq Ermənistan” parlament fraksiyasının rəhbəri Edmond Marukyan bildirib.

Onun sözlərinə görə, ölkədə uğursuzluğa düçar olmamış bir sahə qalmayıb və bu, ilk növbədə kadr siyasətinin nəticəsidir.

“Avropaya uçuşlara qoyulan qadağa ölkənin imicinə çox pis təsir göstərir. Vəziyyəti düzəltmək üçün vaxtları var idi, amma bunun əvəzinə yalnız ritorikaya şahid olduq”, - deyə Marukyan vurğulayıb.

Xatırladaq ki, Ermənistanın Mülki Aviasiya Komitəsi Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) "qara siyahı"sına daxil edilib. Aİ-nin yenilənmiş uçuş təhlükəsizliyi qaydalarına əsasən, Ermənistan aviaşirkətlərinə Avropaya uçmaq qadağandır.

Pərvanə Sultanova
Azvision.az

Mənbə: azvision.az