"Dəlil əvəzinə dildən istifadə zəifliyin əlamətidir" Dmitri Kuleba

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba Almaniyanın keçmiş kansleri Qerhard Şroederi "cırtdan" adlandırdıqdan sonra ölkənin Berlindəki səfiri Andrey Melnikin tərəfini saxlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kuleba "Bild"ə verdiyi müsahibədə qeyd edib.

"Dəlil əvəzinə belə bir dildən istifadə etmək məcburiyyətində olmaq zəifliyin əlamətidir", deyə Kuleba bildirib.
Qeyd edək ki, Almaniyanın keçmiş kansleri, Rusiyaya qarşı sanksiyaların heç bir mənası olmadığını söyləyib. Buna cavab olaraq Melnik eks-kansleri tənqid edib və Şroederin dövründə yarımadanın Ukraynanın bir hissəsi olacağını əlavə edib.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Mishustin, Koreyalı həmkarı ilə koronavirusu müzakirə edib

SONRAKI XƏBƏR

Minadan qeyri-adi fotosessiya