Tramp mübahisəli kilsə ziyarətini müdafiə edib

ABŞ prezidenti Donald Tramp hüquq-mühafizə orqanları yolu təmizlədikdən bir neçə dəqiqə sonra Lafayet Parkında gəzintisini və tarixi kilsənin qarşısında müqəddəs İncili əlinə almasını müdafiə edib.

Trampın bazar ertəsi gecə etdiyi bu hərəkətləri baş yepiskop və digər xristian dininin görkəmli ruhaniləri də daxil olmaqla, Yepiskop kilsəsinin rəhbərliyi tərəfindən sərt şəkildə tənqid olunub.

"Bu, dini liderlərin çoxunun xoşuna gəlib. Sizin niyə xoşunuza gəlməyib? Mən xəsarət alan bir kilsənin qarşısında dayanmışam" - deyə, Tramp çərşənbə günü bildirib.

Tramp 19-cu əsrin əvvəllərinə təsadüf edən və ABŞ prezidentləri ilə uzun zaman əlaqəsi olan kilsənin bazar gecəsi Vaşinqtondakı vandalizm zamanı yandırıldığını deyib.

Tramp Fox News Radiosuna bildirib ki, ona kilsəyə gedərkən H küçəsində nümayişçilər olduğunu heç kəs deməyib.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Sabiq "Playboy" modeli Rumıniya klubunu aldı

SONRAKI XƏBƏR

Nənəsinin cəsədini yeyərkən yaxalandı - QANDONDURAN HADİSƏ