Baş nazirin ABŞ-da qaradərilinin öldürülməsinə reaksiyası gündəm oldu - 20 saniyə sonra... - VIDEO

Baş nazirin ABŞ-da qaradərilinin öldürülməsinə reaksiyası gündəm oldu - 20 saniyə sonra... - VIDEO

Kanada baş naziri Castin Trudeu ABŞ-da polis tərəfindən öldürülən Corc Floyd və etirazlar barəsində danışıb.

Sonxeber.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Trudeunun iştirak etdiyi mətbuat konfransında jurnalistlər baş nazirə "ABŞ-da baş verən hadisələr barədə nə deyə bilərsiniz"-deyə sual veriblər. Castin Trudeu isə suala cavab veməkdə çətinlik çəkib və bir müddət heç bir cavab verə bilməyib. Baş nazir ancaq 20 saniyə sonra çətinliklə danışmağa başlayıb və "hamımız bunu qorxu ilə izləyirik" deyə cavab verib:

"Bu insanları bir yerə toplamaq, onları dinləmək və öyrənməyin vaxtıdır. Bizim Kanada da bənzəri problemlərin olduğu həqiqəti ilə qarşı-qarşıyayıq. Cəmiyyət qaradərililərə fərqli baxır ancaq bunu hər kəs görə bilmir. Bu bir həqiqətdir".

Kanada baş nazirinin danışmağa çətinlik çəkdiyi həmin anların görüntüsünü təqdim edirik:

Mənbə: sonxeber.az