Ermənistanın keçmiş prezidenti Sarkisyanın daha bir fırıldağının və saxtakarlığının üstü açıldı

Ermənistanın keçmiş prezidenti Sarkisyanın daha bir fırıldağının və saxtakarlığının üstü açıldı

“Qarabağ klanı”nın lideri Ermənistana rəhbərlik etdiyi 2008-2018-ci illərdə dövlət büdcəsinə 42 milyon ABŞ dolları ziyan vurub

Ermənistanda aprel döyüşlərinin acı məğlubiyyətinin uğursuzluqları hələ də ictimaiyyət arasında müzakirə olunmaqdadır. Bununla bağlı ölkə parlamentində yaradılan istintaq komissiyası bu istiqamətdə ciddi araşdırmalara başlayıb.

Erməni KİV-nin verdiyi məlumata görə, artıq istintaqın ilkin mərhələsi yekunlaşmaq üzrədir və xeyli sayda neqativ hallar aşkar edilib. Belə ki, Ermənistan Silahlı Qüvvələrinin arsenal bazasında 42 milyon ABŞ dolları dəyərində orduya yararsız hərbi silah-sursatlar və o cümlədən xüsusi rabitə vasitələri aşkar edilib. Faktla bağlı Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisinin müavini və MN baş rabitə idarəsinin rəisi general Vahan Avetisyan saxlanıb. Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin keçmiş müavini Avetisyan istintaqa açıqlamasında bildirib ki, onun heç nədən məlumatı olmayıb və bütün sənədlər Ermənistan ordusunun keçmiş ali baş komandanı Serj Sarkisyanın əmri ilə imzalanıb.

Bürün bunlar bir daha göstərir və sübut edir ki, Ermənistan ordusu mifdir...

Aydın EYVAZOV
AMEA Qafqaşünaslı İnstitutunun Ermənişünaslıq şöbəsinin əməkdaşı

Mənbə: www.baki-xeber.com