“Paşinyan istefa verməlidir, yoxsa fəlakət olacaq...”

“Paşinyan istefa verməlidir, yoxsa fəlakət olacaq...”

Moderator.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Mili Təhlükəsizlik Xidmətinin keçmiş baş direktoru Artur Vanetsyan növbəti dəfə Nikol Paşinyanın yarıtmaz idarəçiliyini qınayıb:

“Ermənistanın baş naziri Nikol Paşinyan istefa verməlidir, çünki bu gün ölkədə baş verənlər daha ciddi nəticələrə səbəb olacaq bir fəlakətdir. "

Onun sözlərinə görə, əvvəldən baş nazir və səhiyyə naziri ciddi addımlar atmalı və infeksiyanın yayılmasını dayandırmalı idi, lakin bunun əvəzinə pinset və araq haqqında məşhur ifadələr eşidildi.

"Hakimiyyətdəki problem müxalifəti müəyyən sifarişləri yerinə yetirməkdə ittiham edərək tənqidləri qəbul etməməsidir", - Vanetsyan bildirib.

Qeyd edək ki, Artur Vanetsyan keçən həftə “Hayrenik” partiyasının qurultayında partiyanın sədri seçilib və yeni yaranan partiya müxalif mövqedə olduğunu bəyan edib. Vanetsyan Rusiyanın FTX məktəbində təhsil alıb və Rusiyaya ən yaxın siyasi fiqur hesab olunur.

Mənbə: moderator.az