Zelenski karantin rejimini pozdu

Zelenski karantin rejimini pozdu

Ukrayna Prezidenti Vladimir Zelenski koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimini pozub.

Axar.az xəbər verir ki, dövlət başçısının İnstaqram səhifəsində yayılan fotolda Zelenskinin Xmelnitskidə dostları ilə kafedə əyləşdiyi və kofe içdiyi bəlli olur.

Qeyd edək ki, ölkədə qəbul edilən son qərara əsasən, restoran və kafelərin fəaliyyəti 5 iyundan sonra bərpa ediləcək.

Mənbə: axar.az