BMT-dən Trampa: Onları dinlə, hərəkətə keç!

BMT-dən Trampa: Onları dinlə, hərəkətə keç!

ABŞ cəmiyyətini məhv edən irqçiliyə qarşı ucalan səslər duyulmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Baçelet ABŞ-da afroamerikalı Corc Floydun öldürülməsindən sonra baş verən qarşıdurmalarla bağlı açıqlamasında deyib.

O, ABŞ-da kütləvi etirazlar və güc tətbiqindən narahat olduğunu açıqlayıb:

“Silahsız afroamerikalıların öldürülməsinə qarşı etiraz səsləri dinlənilməlidir. Polis zorakılığına qarşı ucalan səslər də duyulmalıdır. ABŞ liderlərini etirazçılara dinləməyə, onları anlamağa, ölkədəki bərabərsizliyi aradan qaldırmaq üçün hərəkətə keçməyə dəvət edirəm”.

Mənbə: axar.az