Türkiyədə komendant saatının yenidən tətbiq olunmasına münasibət bildirilib

Türkiyədə komendant saatının yenidən tətbiq olunmasına münasibət bildirilib

Bakı. Trend:

Türkiyədə həftə sonu komendant saatı tətbiq oluna bilər.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir həftə sonu komendant saatı tətbiq etmək üçün ümumi qərar verilməyini deyərək yoluxanların sayını nəzərə alaraq vilayətlər səviyyəsində tətbiq oluna biləcəyini əlavə edib.

Nazir 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxmaq məhdudiyyətinə də münasibət bildirib.

Onun sözlərinə görə, komendant saatı bu kateqoriyadan olan vətəndaşlar üçün həftədə bir dəfə, 20 yaşdan kiçik gənclər üçün isə həftədə iki dəfə tətbiq olunur.

Mənbə: az.trend.az