ABŞ İraqdan Suriyanın şimal-şərqinə texnika ilə dolu yük maşınları göndərib

ABŞ İraqdan Suriyanın şimal-şərqinə texnika ilə dolu yük maşınları göndərib

ABŞ hərbçiləri İraq ərazisindən Suriyanın şimal-şərqinə texnika və avadanlıqlarla dolu azı 30 yük maşını göndəriblər.

APA xəbər verir ki, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.

“Amerikalı işğalçıların texnika və avadanlıqlarla dolu 30 yük maşını qeyri-qanuni sərhəd keçidi olan Əl-Valid vasitəsilə Haseke əyalətinə keçiblər və Tell-Baydar bölgəsindəki qeyri-qanuni Kasrak bazasına doğru istiqamətləniblər”, - deyə telekanalın məlumatında qeyd edilib.

Mənbə: apa.az