Liviya böhranı: Ərdoğan Sərracla görüşəcək

Liviya böhranı: Ərdoğan Sərracla görüşəcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərracı qəbul edəcək.

Axar.az xəbər verir ki, görüşdə Qərbi Aralıq dənizindəki gərginliklə bağlı son vəziyyət və neft axtarış fəaliyyətləri, qiyamçı Xəlifə Haftarın gücünün itirməsi kimi məsələlər müzakirə ediləcək.

Eyni zamanda hər iki lider Liviyada sülh prosesi və atəşkəsin əldə edilməsi ilə bağlı mövzulara da toxunacaq.

Mənbə: axar.az