Sabiq nazir və ailəsi Paşinyanı məhkəməyə verdi

Sabiq nazir və ailəsi Paşinyanı məhkəməyə verdi

Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan və oğlanları Artem və Qurgen baş nazir Nikol Paşinyanı, onun mətbuat katibi Mane Qevorqyanı, həmçinin Baş nazirlik aparatını məhkəməyə verib. Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məhkəmə məlumat yayıb.

Xaçatryan ailəsi onlara qarşı təhqiredici ifadələrə görə üzr istəməyi və barələrində yaydıqları yalan məlumatlarla bağlı təkzib vermələrini tələb edir.

Pərvanə Sultanova
Azvision.az
 

Mənbə: azvision.az