İsrailin Livanın sərhədlərini pozma statistikası açıqlandı

İsrailin Livanın sərhədlərini pozma statistikası açıqlandı

Eastnews.org-un verdiyi xəbərə görə, Livanın Baş Naziri Həsən Diab İsrail rejiminin Birləşmiş Millətlər Təşkilatının 1701 nömrəli qətnaməsinə baxmayaraq, ölkə suverenliyini pozduğunu açıqlayıb.

 

Livan Baş Naziri bildirib ki, rejim hər gün ölkə suverenliyini pozan hərəkətlər edib. Belə ki, 2019-cu ildə İsrail rejimi Livan suverenliyini 2551 dəfə pozub.

 

2020-ci ildə İsrailin Livan sərhədini 374 dəfə qurudan, 386 dəfə dənizdən, 250 dəfə isə havadan pozduğu diqqətə çatdırılıb.

 

Xatırladaq ki, rejim mütəmadi olaraq Livan sərhədlərini pozaraq, Suriya ərazilərinə zərbələr endirir.

Mənbə: Eastnews.org

Mənbə: eastnews.org