ABŞ-ın sabiq Müdafiə naziri: "Tramp ABŞ konstitusiyasına təhdiddir"

ABŞ-ın sabiq Müdafiə naziri: "Tramp ABŞ konstitusiyasına təhdiddir"

Eastnews.org-un verdiyi xəbərə görə, sabiq ABŞ Müdafiə naziri Amerika Birləşmiş Ştatların Prezidenti Donald Trampı tənqid edib.


Bu yaxınlarda istefa verən sabiq Müdafiə naziri Ceyms Mettis Prezident Donald Trampa qarşı səssizliyini pozaraq, onu ölkə konstitusiyasına təhdid kimi qələmə verib:

 

"Donald Tramp Amerika xalqını birləşdirməyə çalışmayan ilk Prezidentdir. Bunun əvəzinə bizi bölməyə çalışır. Üç ildir böyüklər liderliyə sahib olmamağın nəticələrini görürük. Vətəndaş cəmiyyətimizin güclü tərəflərinə arxalanaraq, onsuz birləşə bilərik".

 

Mettis daha sonra "Konstitusiyamızı lağa qoyanları rədd edib məsuliyyətə cəlb etməliyik. Tramp ABŞ konstitusiyasına təhdiddir", - deyib.

Mənbə: Mehr News Agency

Mənbə: eastnews.org