“OSA-AKM” sistemlərinin alınması üçün Ermənistanın imzaladığı müqavilə hansı şərtlərlə imzalanıb?

“OSA-AKM” sistemlərinin alınması üçün Ermənistanın imzaladığı müqavilə hansı şərtlərlə imzalanıb?

Ermənistanın OSA-AKM zenit sistemlərini əldə etməsi ilə bağlı müqavilə 2018-ci ildə imzalanmışdı, lakin müqavilənin uzun bir tarixəsi var. Ordu.az xəbər verir ki, bu barədə ətraflı məlumatı “InfoPort.am” saytına etibarlı hərbi mənbələrdən daxil olub.

Beləliklə, erməni tərəfində bu sistemlərin əldə edilməsi ideyası hərbi xadimlərin və ekspertlərin təhlili əsasında 2010-cu ildə ortaya çıxıb. Həmin illərdə iş adamı David Qalstyanla 27-28 milyon dollar dəyərində “OSA-AK” sistemlərinin tədarükü üçün müqavilə bağlanıb. Müqaviləyə görə, həmin vəsaitlə 22-23 ədəd “OSA-AK” HHM sistemlərinin alınması nəzərdə tutulurdu.

“İnfoport.am” mənbəyinin sözlərinə görə, 2010-cu ildə imzalanan sövdələşmə Ermənistanın və təchizatçının iradəsindən asılı olmayaraq baş tutmayıb. Müqavilənin icrasına beynəlxalq proseslərin inkişafı, daha doğrusu təchizatçı ölkədəki inqilab maneçilik törədib.

Görünür sövdələşmə barədə gələcəkdə tərəflər “unudublar”.

Nəşrin məlumatına görə, daha sonra 2018-ci ildə, inqilabdan sonra, həmin David Qalstyanla daha əlverişli şərtlərlə müqavilə bağlanaraq yenilənib. İlk öncə real sövdələşmənin qiyməti, təxminən 4% azalıb. Bundan əlavə, təchizatçı Ermənistana “OSA-AK” sistemləri əvəzinə həmin məbləğə sistemin daha müasir variantları olan “OSA-AKM” sistemlərini tədarük etməyə öhdəlik götürüb. Həmçinin təchiz olunan sistemlərin sayı da təxminən 15 ədəd artıb.

Mənbə, “modernləşdirilmiş” texnikanın boşalmış təkərlərinə aydınlıq gətirməyib.

Alpər Mövludoğlu
Ordu.az 

 

Mənbə: ordu.az