Paşinyan canlı yayımda Ermənistandakı fəlakətdən danışdı: yüzlərlə insan bir neçə saat ərzində... - VİDEO

Paşinyan canlı yayımda Ermənistandakı fəlakətdən danışdı: yüzlərlə insan bir neçə saat ərzində...  - VİDEO

Ermənistanda son sutka ərzində 697 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan sosial media hesabında danışıb.

Onun sözlərinə görə, 24 saat ərzində 9 nəfər infeksiya səbəbilə ölüb.

Baş nazir bildirib ki, artıq xəstələrin müalicəsinə səhiyyə sisteminin gücü çatmır.

Paşinyan həmçinin, qeyd edib ki, Ermənistanda ictimai məkanlarda maska taxmaq məcburi olacaq.

Xatırladaq ki, bu günə qədər ölkədə 10 min 524 nəfər virusa yoluxub, 170 nəfər ölüb.

Zümrüd

Mənbə: publika.az