Pentaqon rəhbərindən bir gündə iki fərqli qərar - ABŞ-da qarışıqlıq davam edir

Pentaqon rəhbərindən bir gündə iki fərqli qərar - ABŞ-da qarışıqlıq davam edir

ABŞ Müdafiə naziri (Pentaqon rəhbəri) Mark Esper paytaxt Vaşinqton yaxınlığındakı bazalara cəlb edilmiş əsgərlərin geri çəkilməsi barədə qərar verib.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, qərarda Minnesotada afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan etiraz aksiyalarına müdaxilə etmək üçün cəlb edilən 1600 əsgərin bu gündən etibarən öz hərbi hissələrinə qayıdacaqları nəzərdə tutulmuşdu.

Lakin eyni gündə Esper qərarını dəyişib və əsgərlərin Vaşinqton yaxınlığında qalmasına əmr verib.

Məlumata görə, həmin əsgərlər hələlik şəhərə girməyəcəklər və gözləmə mövqeyində olacaqlar. Əgər vəziyyət daha da gərginləşərsə, o zaman hərəkətə keçəcəklər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp vəziyyətin nəzarətdən çıxacağı təqdirdə hərbi gücdən istifadə ediləcəyini açıqlamışdı.

Dünən axşamdan etibarən 100 minə yaxın Milli Mühafizə polisləri gücləndirilmiş iş rejiminə gətirilərək şəhər valilərinin əmrinə verilib.

BAKU.WS

Mənbə: baku.ws