İran prezidenti koronavirusla bağlı sabiq məhdudiyyətin yenidən tətbiq ediləcəyi xəbərdarlığını verib

İran prezidenti koronavirusla bağlı sabiq məhdudiyyətin yenidən tətbiq ediləcəyi xəbərdarlığını verib

İran prezidenti koronavirusa yoluxma hallarının artacağı təqdirdə sabiqki məhdudiyyətlərin yenidən tətbiq ediləcəyini deyib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Həsən Ruhani İranın Səhiyyə naziri ilə əlaqə saxlayaraq, sabiq məhdudiyyətlərin tətbiq ediləcəyi barədə xəbərdarlıq edib.

Həsən Ruhani Səid Nəməki ilə telefon təması zamanı son günlərdə rekord həddə çatan koronavirusun statistikası barədə hökumətin narahat olduğunu bildirib.

Qeyd edək ki, İranda son 3 gündə koronavirusa gündəlik yoluxma 3,100-ü ötüb.

İran ötən ayın 20-dən etibarən karantin rejimi əsaslı şəkildə yumşaldıb. İranda koronavirusdan ölənlərin sayı 8 mini ötüb.

Mənbə: www.interaztv.com