Rusiyalı səfir: “Türkiyə S-400 sistemlərini işə salmaqda azaddır”

Rusiyalı səfir: “Türkiyə S-400 sistemlərini işə salmaqda azaddır”

“Türkiyənin almaq istədiyi sistemi satdıq. S-400 sisteminim sahibi Türkiyədir. Raketlərin işə salınması və ya edilməməsi sırf ölkənin qərarıdır”. Ordu.az xəbər verir ki, bunu Rusiyanın Ankaradakı səfiri Aleksey Erxov “CNN-Türk” televiziyasına müsahibəsi zamanı deyib.

O bildirib ki, Türkiyə keçən il aldığı S-400 sistemlərini işə salmaqda azaddır.

Erxov Rusiyanın mövqeyini funksiyası yalnız nəqliyyat vasitəsini satmaq və təhvil vermək olan avtomobil distribyutoru ilə müqayisə edib.

“Avtomobili satdıq, pulu götürdüm və maşını təhvil verdim - bu sizin maşınınızdır, çimərliyə gedə bilərsiniz, kartof daşıya bilərsiniz, pulemyot yığa və müharibəyə gedə bilərsiniz. Qarajda saxlamaq da ən təbii hüququnuzdur”, - deyə Erxov bildirib.

Qeyd edək ki, Türkiyə S-400 sistemlərini apreldə işə salmalı idi. Amma müxtəlif səbəblərdən sistemlərin işə salınması təxirə salındı.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az