Erməni politoloq: “Paşinyan Ermənistanı qeyd etdiyi rus quberniyasından rus kəndinə çevirir”

Erməni politoloq: “Paşinyan Ermənistanı qeyd etdiyi rus quberniyasından rus kəndinə çevirir”

“Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan növbəti video mesajı zamanı Baş nazir Nikol Paşinyanın qanunsuz silah satışına, eləcə də keyfiyyətsiz silah almasına toxundu”. Ordu.az xəbər verir ki, bunu erməni politoloq Qaqik Hambaryan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, keçmiş müxalifətçi Nikol anti-rus ritorikası ilə diqqət çəkirdisə və keçmiş hakimiyyəti Ermənistanı Rusiya “quberniya”sına çevirməkdə ittiham edirdisə, hakimiyyətə gəldikdən sonra Minasyan və bir çoxları tərəfindən Rusiya ərazisində həyata keçirilmiş ona məxsus cinayətlər, qanunsuzluqlar səbəbilə (bu barədə Kremldə çox yaxşı xəbərdardırlar) Ermənistan ümumilikdə hansısa Rusiya kəndi səviyyəsi hakimiyyətinə malik olan bir ölkəyə çevrilib.

“Yəni, əvvəllər Ermənistanı rus “quberniya”sına çevriməkdə ittiham edən Nikol indi Baş nazir olaraq acgözlüyünə görə Ermənistanı bu “quberniya”nın hansısa bir kəndinə çevirib və “kənd rəhbəri” hakimiyyətini nəyin bahasına olursa-olsun saxlayır”, - deyə erməni politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az