Fransa G8 formatına qayıtmağa lüzum görmür

Fransa G8 formatına qayıtmağa lüzum görmür

“Rusiyanın iştirakı ilə G8 formatına qayıtmaq yox, Rusiya ilə danışıqlar yolunu tutmaq lazımdır”, – deyə Yelisey sarayının rəsmisi “Reuters”-ə bildirib.

KONKRET.az xəbər verir ki, Donald Tramp iyunun 1-də Rusiyanın G7 Sammitinə qaytarılmasını “sağlam düşüncənin tələbi” kimi qiymətləndirmişdi. Lakin bu fikrə dərhal Kanadanın baş naziri Castin Tryudo və Böyük Britaniyanın baş naziri Boris Conson etiraz etmişdilər. Donaldın təkilifinə bu dəfə etiraz Fransadan gəldi.

Mənbə: konkret.az