Türkiyə İdlibə əlavə 10 min əsgər göndərdi: Hər an...

Türkiyə İdlibə əlavə 10 min əsgər göndərdi: Hər an...

Türkiyə Silahlı Qüvvələri İdlibə əlavə qoşun göndərib.

Axar.az xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Turan Oğuz deyib.

“Türkiyə Silahlı Qüvvələri hər an əməliyyata başlayacaqmış kimi hazırlıq görür. İdlibə təxminən 4 min avtomobil, 10 minə yaxı şəxsi heyət göndərilib. Eyni zamanda, adı çəkilən bölgəyə “Atılqan ASELSAN”, “Korkut”, HİSAR-O və HAWK-21 hava müdafiə sistemləri də yerləşdirilib. Hazırda Türkiyə ordusu bölgədə fevral ayına nisbətən çoxluq təşkil edir", - ekspert bildirib.

Qeyd edək ki, Türkiyə ordusu “fevralın 27-də “Bahar qalxanı” antiterror əməliyyatını başladıb. Bir həftə davam edən əməliyyat çərçivəsində İdlib şəhəri terrorçulardan təmizlənib.

Mənbə: axar.az