Suriyada terrorçular zərərsizləşdirildi

Suriyada terrorçular zərərsizləşdirildi

Eastnews.org-un verdiyi xəbərə görə, Suriya ordusu ölkənin şimal-qərbində terrorçulara qarşı yeni hərbi əməliyyat keçirib.

Bu barədə Suriya Silahlı Qüvvələrinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda vurğulanıb ki, ölkənin şimal-qərbində yerləşən Sahl əl-Kab bölgəsində baş tutan hərbi əməliyyat zamanı terrorçulara aviazərbələr endirilib.

"Terrorçuların bu bölgədə hücuma keçmək ehtimalı barəsində kəşfiyyat məlumatı əldə etdik. Nəticədə planı quran bütün terrorçular zərərsizləşdirildi", - deyə məlumatda qeyd olunub.

 

Mənbə: eastnews.org