Ukraynanın Baş nazirinin müavini Pristayko vəzifəsindən azad edildi

Ukraynanın Baş nazirinin müavini Pristayko vəzifəsindən azad edildi

Ukraynanın Ali Radası 4 iyun cümə axşamı günü keçirdiyi iclasda Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə vitse-baş nazir Vadim Pristaykonu vəzifəsindən azad etdi.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi yayıb.

Qeyd olunur ki, onun istefası üçün tələb olunan minimum 226 səsin əvəzinə 296 deputat “hə” deyib.

Martın 4-də Ukrayna parlamenti Baş nazir Denis Şmıqalın təklif etdiyi hökumətin yeni tərkibini təsdiqlədi.

Daha əvvəl Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri olmuş Pristayko baş nazirin müavini oldu.

Bundan əvvəl Rada “Xalqın xidmətçisi” fraksiyasının rəhbərinin müavini Yevgeniya Kravçuk Pristaykonun Ukraynanın Britaniyadakı səfirinin yerini alacağını söyləmişdi.

Mənbə: konkret.az