Heydər Əliyev və mədəniyyət

Heydər Əliyev və mədəniyyət

Məhz bu günlərdə mən bir mədəniyyət işçisi olaraq düşündüm ki, Heydər Əliyevin əziz xatirəsi ilə bağlı düşüncələrimi sizinlə bölüşüm.

97 il öncə Uca Tanrı Azərbaycan xalqına, onun həyatında, müstəqilliyinin qazanılmasında, ən önəmlisi qorunub saxlanılmasında və möhkəmləndirilməsində müstəsna rol oynayacaq tarixi şəxsiyyəti bəxş etmişdir.

Hesab edirəm ki, istər mədəniyyət işçisi olaraq, istərsə də bir vətəndaş olaraq Heydər Əliyev irsinin öyrənilməsi, öyrədilməsi, araşdırılması və müzakirə edilməsi müstəqil Azərbaycan uğrunda mücadilənin əsas tərkib hissəsidir. Heydər Əliyev müstəqilliyimizin ən çətin dövründə, ən kritik və ən həssas bir zamanında bu müstəqilliyin möhkəmlənməsi, həmçinin bütövlüyü uğrunda mücadilənin lideri oldu və Azərbaycan xalqını işıqlı gələcəyə doğru apardı!

Hər şeyə rəğmən! Həm sağlamlığını, həm də özünün və yaxınlarının həyatını heçə sayaraq millətimizin, xalqımızın və dövlətçiliyimizin qorunub saxlanılması üçün mübarizənin başına keçdi!

Bu bir həqiqətdir! Danılmaz tarixi faktdır! Kimliyindən, siyasi rəngindən, tutduğu mövqeyindən asılı olmayaraq, bu faktı danmaq və tarixi saxtalaşdırmaq deməkdir! Məhz bu həqiqəti yaşatmaq, nəsildən nəsilə ötürmək və təbliğ etmək hər bir mədəniyyət işçisinin borcudur!

Danılmaz bir aksioma ondan ibarətdir ki, MƏDƏNİYYƏT milli mövcudluğun və milli varlığın əsas atributudur! Bir xalqın, millətin,onun mədəni irsinin və mədəniyyət tarixinin qorunub saxlanılması dövlətçilik ənənələrinin var olmasının əsas səbəbidir. Dünya tarixində çoxsaylı nümunələr milli mədəniyyətin itirilməsi təqdirində dövlətçiliyin itirilməsinin qaçılmaz olduğunu göstərir. Buna bir sıra ölkələrin tarixinin tozlu rəflərində adları qalmış dövlətlərini misal göstərə bilərik.

Doğma Azərbaycanımız tarix boyu bir çox qüvvələrin işğal iştahasının qurbanına çevrilmişdir.Bunu istər qədim, istər orta əsrlər, istərsə də yeni tariximizdə görə bilərik! Amma hər bir işğala qarşı aparılmış mübarizələrin səyi nəticəsində gec ya tez müstəqilliyimizi əldə etmişik! Çünki canımıza qəsd etsələr də, sərhədlərimizə qəsd etsələr də, əsrlər boyu mədəniyyətimizi məhv edə bilməmişlər! Xalqımız hər zaman əlində qılınc və sazın sədaları altında müstəqillik mübarizəsindən əl çəkməmişdir! Deməli, müstəqillik mübarizəmizin var olmasının əsas səbəbi milli mədəniyyətimizin hər zaman mövcud olmasıdır!

Heydər Əliyev bir siyasi fenomen kimi hər zaman milli mədəniyyətin keşiyində durmuş və mədəniyyətimizin daim var olmasının səbəbkarlarından biri kimi adını tarixə qızıl hərflərlə yazdırmışdır. İstər sovet Azərbaycanı istərsə də post sovet dövründə!

Bunu biz hələ sovet dövründə mədəniyyət insanlarına olan qayğıda (həm maddi həm mənəvi) görə bilərik. Heydər Əliyev tərəfindən müəyyən edilən mədəniyyət siyasətini düşünürəm ki, dövrlərə bölmək düzgün deyil. Beləki, istər sovet dövründə istərsə də müstəqil Azərbaycan dövründə o hər zaman Azərbaycan mədəniyyətinin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində müstəsna rol oynamışdir. Heydər Əliyev Azərbaycan mədəniyyətinin uzun illər himayədarı olmuşdur. Bununla bağlı bir misalı da öz ailəmdən gətirmək istərdim. Beləki 90-cı illərin sonunda Sankt Peterburqda dahi şair Nizami Gəncəvinin heykəlinin ucaldılması qərara alınmışdır və əmim heykəltaraş əməkdar rəsam Görüş Babayevə bu iş tapşırılmışdır. Nəzərə alsaq ki, o illər kifayət qədər gərgin idi siyasi baxımdan, Azərbaycanın böyük mütəfəkkiri Nizami Gəncəviyə heykəlin ucaldılması bir siyasi qələbə və imic məsələsi idi. Bu Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 2002-ci ildə baş tutdu və 5 metr hündürlüyündə abidə Ulu Öndərin və Vladimir Putinin iştirakı ilə açıldı! Düşünürəm ki, bu Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, mədəni irsinə qayğının mühüm bir nümunəsidir! Əmim bu gündə həmin xatirələri bizimlə bölüşərkən bütün bu layihənin məhz Heydər Əliyevin səyləri və qayğısı nəticəsində baş tutduğunu vurğulayır!

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında xidmətlərindən danışarkən Azərbaycançılıq İdeologiyasını bizlərə bəxş etməsindən bəhs etməmək mümkün deyil. Beləki bu gün də başımızın üstündə dalğalanan üçrəngli bayrağın var olmasının, müstəqilliyimizin və bütövlüyümüzün qorunub saxlanılmasında sözügedən ideologiyanın xalqımız tərəfindən qəbul edilməsidir. Xalqın çağırışı ilə hakimiyyətə təkrar dönən Heydər Əliyevin bütün səyləri və siyasəti Azərbaycanı vahid ideologiya ətrafında birləşməyə yönəlmişdi. Məhz Heydər Əliyev milli mənsubiyyətindən və dinindən asılı olmayaraq bütün Azərbaycan Respublikası vətəndaşlarına "Mən Azərbaycanlıyam" deyiminə sevgi və ehtiramı bəxş etmiş oldu.

Qürurverici bir haldır ki, günümüzdə Azərbaycançılıq ideologiyasının artıq elmi əsasları var. Bu alim və mütəxəssislər tərəfindən öyrənilir və öyrədilir.

Nə xoş bizə ki, Respublikanın dörd bir yanında əzəmətli Heydər Əliyev Mərkəzləri fəaliyyət göstərməkdədir. Bu Mərkəzlər əhalinin mədəni gündəliyinin

tələblərinə cavab verməklə yanaşı Azərbaycançılıq ideologiyasının əsas təbliğatçı ocaqlarına çevrilmişdir!

Azərbaycan gəncliyi isə 21-ci əsrdə Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm prezident İlham Əliyevin rəhbərliyi altında əminliklə addımlayır!

Nurəddin Babazadə

Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzi şöbə müdiri

AMEA Fəlsəfə İnstitunun dissertantı

Mənbə: olaylar.az