Marneulidə 7 məktəb binası tikiləcək

Marneulidə 7 məktəb binası tikiləcək

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonu ərazisində 7 yeni məktəb binası tikiləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə rayonda səfərdə olan Gürcüstanın Regional İnkişaf və İnfrastruktur naziri Maya Tskitişvili bildirib.

O qeyd edib ki, 8-ci məktəbin tikintisi ilə bağlı layihə tezliklə tenderə qoyulacaq.

Mənbə: apa.az