Erməni media təşəbbüsü: Paşinyan haqqında mənfi məqalələr daha çox müşahidə olunub

Erməni media təşəbbüsü: Paşinyan haqqında mənfi məqalələr daha çox müşahidə olunub

Ermənistan Baş naziri Nikol Paşinyan haqqında daha çox mənfi məqalələr müşahidə olunub. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Media müdafiəçisi” təşəbbüsünün “Facebook” səhifəsində qeyd olunub.

Təşəbbüs 2020-ci il mayın 21-dən 31-nə qədər onlayn mətbuatda Ermənistan Baş naziri Nikol Paşinyanın şəxsiyyəti və fəaliyyəti ilə əlaqəli olan məqalələri izləyib.

Ermənistanın daxili 5 xəbər saytı – “1in.am”, “azatutyun.am”, “armtimes.com”, “aravot.am” və “tert.am” nəzərdən keçirilib. 5 saytda 414 məqalə qeydə alınıb, bunlardan 49-u mənfi, 12-si müsbət, 353-ü neytral olub.

Təşəbbüsün məlumatına görə, “armtimes.com” nəşrində 130 məqalə nəşr olunub, bunlardan 1-i mənfi, 4-ü müsbət, 125-i neytral olub.

“Aravot.am” nəşrində 111 məqalə işıq üzü görüb ki, bunlardan da 23-ü mənfi, 3-ü müsbət, 85-i neytral olub.

“Media müdafiəçisi” təşəbbüsü qeyd edib ki, “1in.am” nəşrində 5-i mənfi, 5-i müsbət, 78-i neytral olmaqla 88 məqalə nəşr olunub.

Təşəbbüs “tert.am” nəşrində 17-si mənfi, 2-si müsbət, 29-u neytral olmaqla 48 məqalə müşahidə edib.

“Azatutyun.am” nəşrində isə 42 məqalə işıq üzü görüb, bunlardan 3-ü mənfi, 39-u neytral olub, müsbət məqalə qeydə alınmayıb.

 

Mənbə: ordu.az