Dövlət başçısının Tərtər və Ağdam rayonlarına səfəri əlamətdar hadisədir

Dövlət başçısının Tərtər və Ağdam rayonlarına səfəri əlamətdar hadisədir

"Azərbaycan Prezidenti cənab İlham Əliyev Ağcabədiyə 7-ci dəfə səfər etdi. Taxıl biçininin gedişini izləyən,"Asan xidmət" mərkəzinin, dənli bitki toxumlatı zavodunun, yarımstansiyanın, içməli su təchizatı müəssisəsinin açılışlarında iştirak edən dövlətimizin rəhbəri reğionların inkişatı ilə bağlı həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışdı. Bu səfər də ağcabədililər üçün əlamətdar və unudulmazdır". Bunu deyən millət vəkili, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin sözlərinə görə, bu səfər, keçirilən açılışlar insanlara qayğı və diqqətin, ölkənin inkişafına münasibətin, vətəndaşlara xidmətin və hörmətin ifadəsidir: "Bunun üçün rayonun hər bir sakini Prezidentimizə ürəkdən minnətdardır, Onun ətrafındadır, həyata keçirilən siyasəti dəstəkləyir, görülən işləri görür, duyur və qiymətləndirir. Ölkəmizin sürətli inkişafı qürur doğurur və insanları yeni uğurlara ruhlandırır". Komitə sədri eyni zamanda, dövlət başçısının Tərtər və Ağdam rayonlarına səfərlərini mühüm və əlamətdar hadisə kimi dəyərləndirib.

 

Mənbə: olaylar.az