Koronavirusu bu ölkə yaradıb – İngilis kəşfiyyatçı

Koronavirusu bu ölkə yaradıb – İngilis kəşfiyyatçı

Koronavirus Uhandakı laboratoriyada yaranıb və bu laboratoriyadan təsadüf nəticəsində yayılıb.

Axar.az xəbər verir ki, bunu Britaniya Mİ6 kəşfiyyatının keçmiş rəhbəri Riçard Dirlav deyib.

Onun sözlərinə görə, virus təbii yollarla yox, Çin alimlərinin fəaliyyəti nəticəsində süni olaraq yaradılıb:

“Düşünürəm ki, bu epidemiya bədbəxt hadisə kimi başlayıb. Sual yaranır: əgər Çin məsuliyyətini etiraf etsə, kompensasiya ödəyəcəkmi? Düşünürəm ki, hər ölkəni özünün Çinlə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur etmək lazımdır”.

Mənbə: axar.az