"Çox təəssüf ki, adamlar maska taxmağı özünə ağır iş bilir və bunu problemə çevirirlər"-RƏY

"Çox təəssüf ki, adamlar maska taxmağı özünə ağır iş bilir və bunu problemə çevirirlər"-RƏY

Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır.

Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir.
Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməldir.

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Sonxeber.az-a danışıb.

Politoloq bildirib ki, dövlətin böyük səyləri, gördüyü ciddi tədbirlər nəticəsində pandemiyanın pik dövrünə qədər onu nəzarətdə saxlamaq mümkün oldu. Bunun nəticəsində başqa ölkələrlə müqayisədə yoluxanların sayı xeyli az oldu. Ona görə də ölkədə tətbiq edilən karantin rejimi pillə-pillə yumuşaldılmağa başlanıldı. Hökumət həm iqtisadi səbəbləri, həm də insanların sağlamlığını, həyat fəaliyyətini nəzərdə tutaraq bəzi qadağaları ya aradan götürdü, ya da yumuşaltmağa başladı. Amma bununla yanaşı Nazirlər Kabineti yanında Operativ Qərərgah həmişə tələb edirdi ki, insanlar tibbi qaydaların irəli sürdüyü mühüm şərtlərə, sosial məsafənin qorunması və xüsusilə də ictimai yerlərdə maska taxılması kimi tələblərə əməl etməlidirlər. Təəssüflə qeyd etməliyik ki, insanların bir qismi dövlət orqanlarının tövsiyə etdiyi qaydalara əməl etmədilər. Bu da geniş yoluxma hallarının sayını artırdı və birdən-birə pandemiyada kəskin sıçrayışa səbəb oldu. Karantin rejiminin sərt tətbiq olunduğu vaxtlarda sağalanların sayı yoluxanlardan üstünlük təşkil edirdi. Həmçinin ən pik vaxtlarda yoluxma sayı 168 nəfəri ötmürdü.

Ölkədə masaka istehsal edən zavod var. Ya humanitar yardım şəklində, ya da ki, başa ölkələr ilə ticarət formasında onlara da göndərilir. Yəni ölkəmizin bütün əhalisini təmin edəcək qədər maska istehsal olunur. Bu gün apteklərdə kifayət qədər maska tapmaq mümkündür. Çox təəssüf ki, adamlar maska taxmağı özünə ağır iş bilir və bunu problemə çevirirlər. Məhz bunlara görə hökumət məcbur olaraq şənbə və bazar günlərinə karantin rejimi tətbiq edir. Çünki başqa yolla pandemiyanın qarşısını almaq olmaz.
Ölkə prezidenti Tərtərdə olarkən obyektlərin açılışı zamanı özü də maska ilə gəzirdi. Prezident ölkə əhalisinə nümayiş etdirmək istəyirdi ki, mən ölkə rəhbəri kimi nizam-intizam nümayiş etdirirəm və bunu hər bir vətəndaş da örnək olaraq özündə tətbiq etməlidir".

Mənbə: sonxeber.az