ABŞ-da ordu etirazçıların qarşısını almaq üçün küçələrə çıxdı - Video

ABŞ-da ordu etirazçıların qarşısını almaq üçün küçələrə çıxdı - Video

Eastnews,org-un verdiyi xəbərə görə, müxtəlif kütləvi informasiya vasitələrində ABŞ qoşunlarının Vaşinqton küçələrində görüntüləri yayımlanıb.

ABŞ-ın yüksək vəzifəli rəsmiləri arasında davam edən etirazları necə yatırmaq barədə mübahisə getdikcə artır. Mediada Ağ Evin yaxınlığında Vaşinqton küçələrində ABŞ əsgərlərinin görüntüləri yayımlanıb.

ABŞ mediasında yer alan məlumatlara görə, Donald Tramp etirazlara son vermək üçün hərbi qüvvələrin müdaxilə etməsini tələb edib, lakin Müdafiə naziri Mark Esper bu qərara qarşı çıxıb və hətta dünən hərbi qüvvələrə küçələri tərk edərək kazarmalara qayıtmağı əmr edib.

Müdafiə nazirinin açıqlaması Ağ Evin etirtazçılara qarşı atəş açılacağı ilə bağlı sərt bəyanat verməsindən sonra gəlib. Esper dünən Ağ Evə çağrılıb.

ABŞ Müdafiə Naziri dünən axşam Ağ Evdəki görüşdən qayıtdıqdan sonra əvvəlki əmrini ləğv edib və ordunun küçələrdə qalmasını tapşırıb.

Mənbə: eastnews.org