“Karantinin ləğvi və ya sərtləşməsi vətəndaşın əlindədir”

“Karantinin ləğvi və ya sərtləşməsi vətəndaşın əlindədir”

“Vətəndaş, cəmiyyətin üzvü olan şəxs öz öhdəliyini dərk edib, qaydaları dərk etsə və ehtiyatlı olsa, niyə də karantin rejimi biraz daha yumşalmasın?”

“Amma bunun tam əksini etsə, sadəcə qanunu anlamamaq və pozmaq naminə tövsiyələrə əməl etməsə, sərtləşmə qaçılmaz olacaq”

““Dövlət nə etməlidir?” - sualına cavab verildi, növbə “vətəndaş nə etməlidir?” sualındadır”.

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Şahin Seyidzadə deyib.

Deputat bildirib ki, artıq tövsiyə edilən və zəruri qaydalar haqqında bir neçə dəfə söhbət açılıb. Həmçinin dövlət və vətəndaş arasında “tarazlaşma” prinsipi də buna aiddir:

“Pandemiya və xüsusi karantin rejimi elan edilən zaman hökümət birmənalı olaraq bütün məsuliyyəti - ən başda da vətəndaşların sağlamlığını öz üzərinə götürdü. Buna əsaslanaraq, xüsusi qaydaları ortaya qoydu. Bu, artıq vətəndaşa məsuliyyəti qəbul etməyə zərurət yaratdı. Məlumatlı olmaq və vəziyyəti anlayaraq məsuliyyətsiz davranmaq sual doğurur. Sözsüz ki, hökümət ilk gündən mümkün olan bütün tədbirləri cəld və çevik formada həyata keçirdi. Qısa müddətdə hər bir vətəndaşın sağlamlığı üçün lazimi tədbirlərin görülməsi üçün qətiyyətli addımlar atıldı. Qısa müddətdə tibbi texnikanın gətirilməsi, idxalçı ölkələr üçün çox dəyərli olan xammalın mövcud vəziyyətdə ölkəmizdə idxalı, maska zavodunun qurulması və tələbatın qarşılanması. Bu dediklərim görülən işin sadəcə çox az bir hissəsidir. Amma bu, birmənalı olaraq qarşılıqlı məsuliyyəti göstərir. Vətəndaş dövlətin onları qorumasından məmnunluğunu nümayiş etdirir. İndi isə növbə vətəndaşın özünü qorumasındadır. Vətəndaşlar bir qismi vəziyyəti anladı, təhlükədən və görülməli işlərdən, qaydalardan məlumatlı oldu, amma məsuliyyətsiz davrandı. Məlumatlı olmaq və vəziyyəti anlayaraq məsuliyyətsiz davranmaq sual doğurur”.

Deputat bildirib ki, vətəndaş anlamalıdır ki, yalnız özünü yox, doğmalarını da təhlükəyə atır:

“Anlayış çox sadədir. Bu gün oratada olan zəruri və tövsiyə edilən qaydalar var. Onun mahiyyətini bir çox vətəndaş sadəcə dərk etmir, bir çoxu isə dərk etdiyi halda ciddi qəbul etmir. Hər iki halda dərk etməyən, yaxud ciddi qəbul etməyən şəxslər bilməlidir ki, bu laqeydlik, ehtiyatsızlıq və adi maskadan istifadə edilməməsi, gigiyena qaydalarının qorunmaması yalnız fərd olaraq bir nəfəri yox, doğmalardan başlayaraq cəmiyyəti təhlükə ilə qarşı-qarşıya qoyur. Bunu etməyə dəyərmi? Karantin dövründə hər gün səhiyyə, sosial, təhsil kimi sahələrdə, yəni “cəbhələrdə” döyüş davam edir. Biz ilk döyüşdə qalib gəldik. Nəticədə şərtlər yumşaldı, amma müharibə davam edir. Bu, koronavirusla insanların müharibəsidir”.

Ş.Seyidzadə bildirib ki, bu şəraitdə karantinin tamamilə ləğvi, yaxud sərtləşməsi bir növ vətəndaşın əlindədir:

“Əgər vətəndaş, cəmiyyətin üzvü olan şəxs öz öhdəliyini dərk edib, qaydaları dərk etsə və ehtiyatlı olsa, niyə də karantin rejimi biraz daha yumşalmasın? Amma bunun tam əksini etsə, sadəcə qanunu anlamamaq və pozmaq naminə tövsiyələrə əməl etməsə, sərtləşmə qaçılmaz olacaq. Operativ Qərargah, səhiyyə qurumları, polislər, əsgərlər, müəllimlərimiz və adını sadalamadığım görünməz qəhrəmanlar bu gün COVİD-19 virusu olmadan yaşadığımız sağlam mühiti geri qaytarmaq üçün çalışırsa, biz də buna dəstək olmalıyıq”.

Mənbə: sherg.az